KƏNDDƏ QƏDİM ƏŞYALAR TAPILMIŞDIR
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin əməkdaşları minalanmış ərazi olan Ağcabədi rayonundakı Qiyaməddinli kəndində içində qədim əşyalar olan küp aşkar etmişlər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tapıntılar tədqiq olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya və Arxeologiya İnstitutuna göndərilmişdir. Mütəxəssislərin fikrincə, tuncdan, balıqqulağıdan hazırlanmış bəzək əşyaları eramızdan əvvəl birinci minilliyə aiddir.