REGİONLAR
“KƏND İNVESTİSİYA TƏŞƏBBÜSLƏRİNDƏ ƏMƏKDAŞLIQ” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Agentliyin rəhbəri Vaqif Hüseynov seminarı açaraq bildirmişdir ki, AzKİL ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin imzaladıqları Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramına və Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına dəstək verən layihədir. Bu layihə Azərbaycan əhalisinin tələbatlarına uyğun işlənib hazırlanmışdır.
Tədbirdə vurğulanmışdır ki, AzKİL-in Düzən Şirvan iqtisadi zonasında nəzərdə tutduğu fəaliyyətlər BTC şirkətinin İcma İnvestisiya Proqramı ilə üst-üstə düşür. Əməliyyat zonasının və proqram tapşırıqlarının BTC İcma İnvestisiya Proqramına uyğun gəlməsi ilə əlaqədar olaraq İcma inkişafı tərəfdaşlarının seminarda bir araya gələrək, sərmayələrin səmərəli və proporsional istifadəsində təcrübələrin qarşılıqlı öyrənilməsi üçün fikir mübadiləsi aparmalarına yaxşı şərait yaratmışdır.