Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

KƏND, MEŞƏ, BALIQÇILIQ, MELİORASİYA VƏ SU TƏSƏRRÜFATLARI, EKOLOGİYA VƏ HİDROMETEOROLOGİYA SAHƏLƏRİNDƏ ÇALIŞAN İŞÇİLƏRİN ƏMƏK HAQLARININ ARTIRILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN S Ə R Ə N C A M I

Kənd, meşə, balıqçılıq, meliorasiya və su təsərrüfatları, ekologiya və hidrometeorologiya sahələrində çalışan işçilərə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:1. Dövlət büdcəsindən maliyyələşən kənd, meşə, balıqçılıq, meliorasiya və su təsərrüfatları, ekologiya və hidrometeorologiya sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2003-cü il iyulun 1-dən 50 faiz artırılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 4 iyul 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin