REGİONLAR


KƏND TƏSƏRRÜFATI İŞLƏRİNİN YEKUNU MÜZAKİRƏ EDİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində 2005-ci ildə kənd təsərrüfatı işlərinin yekunu və rayonda torpaq ehtiyatlarından səmərəli istifadə olunması sahəsində qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Toplantıda ötən il rayonda kənd təsərrüfatı sahəsində qazanılan nailiyyətlərdən danışılmış, mövcud nöqsanlar və problemlərin aradan qaldırılması yolları ətraflı təhlil olunmuşdur.

Şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq, rayonda aqrar bölmənin aparıcı sahələrinin, xüsusən, çayçılığın və arıçılığın inkişafına xüsusi diqqət yetirilməsinin vacibliyini bildirmiş, kənd təsərrüfatının dinamik inkişafını təmin etmək üçün qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.