REGİONLAR
KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ SATIŞI ÜZRƏ ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİNƏHƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində tənəzzüldə olan aqrar sahədə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hazırda böyük yüksəliş baş verdiyini faktlarla diqqətə çatdırmış, Azərbaycan və Rusiya arasında aqrar-sənaye kompleksi sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışmışdır. Natiq 2005-ci ildə Rusiyadan Azərbaycana 160,4 milyon ABŞ dolları məbləğində kənd təsərrüfatı məhsulları idxal edildiyini, eyni zamanda, respublikamızdan qonşu ölkəyə 130,2 milyon dollarlıq aqrar sənaye məhsulu ixrac olunduğunu söyləmişdir.
Rusiyanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin məsul işçisi Yuri Levaşov, hər iki ölkənin iş adamları, özəl bölmənin nümayəndələri kənd təsərrüfatı sahəsində əməkdaşlığın, əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamış, bu məsələdə qarşıda duran problemlərdən danışmış, onların həllinə dair təkliflərini vermişlər.