REGİONLAR


KƏND TƏSƏRRÜFATI TEXİNKASININ SATIŞI TƏŞKİL EDİLMİŞDİR

Türkiyə Respublikasının “Padilli” şirkəti Ağdaşda kənd təsərrüfatı texnikası satış yarmarkası təşkil etmişdir. Həmin şirkətin rayonda fəaliyyətə başlayan “Mahmudoğlu” firması Türkiyədən müxtləif kənd təsərrüfatı texinkası gətirərək burada nümayiş etdirir.

Rayonda AZƏRTAC-ın müxbirinə demişlər ki, satış-yarmarkada təklif olunan texinka nümunələri fermerlər, bağbanlar, idarə və müəssisə rəhbərlərində böyük maraq doğurmuşdur.

Həmin texnika ilə Zərdab, Tovuz, Qəbələ, Yevlax, Göyçay rayonlarından, Gəncədən gəlmş fermerlər də tanış olmuşlar. Bu firmanın Türkiyədəki “Padıllı” şirkətindən gətirdiyi texnika, ehtiyat hissələri gələcəkdə burada quraşdırılıb satışa çıxarılacaqdır. Bu məqsədlə 25 nəfər işə qəbul olunacaqdır. 7 nəfər isə servis xidməti göstərəcəkdir.

“Mahmudoğlu” firmasında kənd təsərrüfatı texinkasının istehsalı üçün lazımi şərait yaradıldıqdan sonra firma daha yüz nəfəri işə qəbul edəcəkdir. Həmin texinka burada istehsal olunacaqdır. Beləliklə, rayon sakinlərinə yeni iş yerləri təklif ediləcəkdir.

Türkiyədəki “Badıllı” şirkətinin Ağdaşdakı firması gələcəkdə mətbəx, uşaq otağı, xəstəxana mebel dəstləri, Avropa qapıları da istehsal edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.