REGİONLAR
“KƏPƏZ” QARĞIDALI SORTU HƏYAT VƏSİQƏSİ ALMIŞDIR
Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının alimləri akademik M.Cəfərov, professorlar S.Behbudova, T.Əliyev, dosent N.Seyidəliyev və baş müəllim M.Şabanovun apardıqları çoxillik tədqiqatlar öz bəhrəsini vermişdir. AZƏRTAC-ın müxbiri xəbər verir ki, hər hektardan 70-75 sentner dən, 800-900 sentner silos verən yeni “Kəpəz” qarğıdalı sortu seleksiya nailiyyətlərinin sınağı və mühafizəsi üzrə Azərbaycan Dövlət Komissiyasının qərarı ilə yüksək qiymətləndirilmiş və ona geniş yayılması üçün vəsiqə verilmişdir.
Akademik Məmmədtağı Cəfərovun sözlərinə görə, regionların sosial –iqtisadi inkişafına dair dövlət proqramının həyata keçirildiyi hazırkı dövrdə yeni qarğıdalı sortunun böyük əhəmiyyəti olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]