MƏDƏNİYYƏT


“KAPELLHAUS”DA MUĞAM GECƏSİ KEÇİRİLMİŞDİR

Yanvarın 13-də Almaniya-Azərbaycan Mədəniyyət Mərkəzi “Kapellhaus”da “Azəri” muğam qrupunun konserti olmuşdur.

Mərkəzdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, konsertdə gənc xanəndələr Sevinc Sarıyevanın və Rövşən Məmmədovun ifasında Azərbaycan xalq mahnıları, muğamlar və təsniflər səslənmişdir.

Hər iki xanəndəni tarda Elçin Nağıyev və kamançada Elşən Mansurov müşayiət etmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.