İDMAN
KARATEÇİLƏRİMİZ DÜNYA KUBOKU UĞRUNDA YARIŞLARA HAZIRLAŞIRLAR
AZƏRTAC xəbər verir ki, məşqçilər Rafael Məmmədov və Şahin Xudaverdiyevin rəhbərliyi ilə uşaq, yeniyetmə və gənc karateçilərimiz dünya kuboku uğrunda yarışlara hazırlıq məqsədi ilə “Şüa” İdman Sağlamlıq Kompleksində təlim-məşq toplanışını davam etdirirlər.
İyunun 30-dan iyulun 2-dək İsveçin Eslov şəhərində karatenin WKF üslubu üzrə keçiriləcək bu yarışlarda ölkəmizi təmsil edəcək yığma komandanın heyəti hələ məlum olmasa da, məşqçilər məşhur idmançılarımız Qurban Tağıyev (60 kq), Rüstəm Mədətov (65 kq), Taleh Babayev (70 kq), Rafael Ağayev (70 kq), Amal Atayev (75 kq) və Şahin Atamovun (80 kq) gücünə daha çox güvənirlər.
İyunun 29-da İsveçə yola düşəcək nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti, VII dan qara kəmər sahibi Yaşar Bəşirov rəhbərlik edəcəkdir.