İDMAN


KARELİYADAKI SOYDAŞLARIMIZ MİLLİ DİASPORLARIN FUTBOL ÇEMPİONATINDA İŞTİRAK EDİRLƏR

AZƏRTAC xəbər verir ki, Petrozavodskda Kareliya Respublikasının milli diasporlarının komandaları arasında futbol çempionatının startı verilmişdir. Rusiyada bu yeganə ənənəvi birinciliyin qalibi adı uğrunda Kareliyada yaşayan soydaşlarımızın komandası da mübarizə aparır.

Artıq beşinci dəfə keçirilən yarışlarda Kareliyanın milli ictimai təşkilatlarının və respublika ərazisində yaşayan etnik qrupların nümayəndələrindən ibarət 12 komanda iştirak edir.

Çempionat təkcə idman tədbiri kimi yox, həm də kütləvi mədəni tədbir kimi keçirilir. Azarkeşlər stadiona milli bayraqları, mahnı və rəqsləri ilə gəlirlər. Görüşlər arasındakı fasilələrdə Kareliyanın milli ictimai birliklərinin yaradıcılıq kollektivləri konsert verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.