İQTİSADİYYAT


KƏRKÜK-CEYHAN NEFT KƏMƏRİNDƏ YANĞIN

AZƏRTAC-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, İraqın şimalındakı Kərkük şəhərindən Türkiyənin Ceyhan limanına gedən neft kəmərində yanğın artıq üç gündür davam edir və onu söndürmək hələlik mümkün olmur. Ona görə də bu kəmərlə neft vurulması tamamilə dayandırılmışdır. Mütəxəssislərin fikrincə, yanğının söndürülməsinə və neft kəmərinin bərpasına azı bir neçə gün vaxt gedəcəkdir.

AZƏRTAC-ın xəbər verdiyi kimi, 950 kilometr uzunluğunda olan Kərkük-Ceyhan neft kəməri avqustun 13-də işə salınmışdı. Lakin avqustun 15-də burada “sabotaj aktı” törədilmişdir. Təxminən üç gün ərzində bu mühüm boru kəməri ilə Türkiyə terminallarına 750 min barrel neft göndərilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.