MƏDƏNİYYƏT
“KARMEN” FİLMİNİN NÜMAYİŞİ OLMUŞDUR
İyunun 12-də “Nizami” kinoteatrında kino həftəsi “Karmen” filminin nümayişi ilə açılmışdır.
Filmin nümayişindən əvvəl kinolentin yaradıcı heyətinin üzvləri tamaşaçılara təqdim olunmuşdur.
Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu və Rusiyanın mədəniyyət və kütləvi kommunikasiyalar naziri Aleksandr Sokolov açılış mərasimində ölkələrimiz arasında mehriban dostluq əlaqələrindən danışmış və demişlər ki, bir qədər bundan əvvəl onlar Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında kitabxanaçılıq sahəsində birgə əməkdaşlığa dair müqavilə imzalamışlar. Hər iki nazir kino günlərində nümayiş etdirilən filmlərin bakılılar tərəfindən maraqla qarşılanacağına əmin olduqlarını söyləmişlər.
Sonra filmin nümayişi olmuşdur.
Mövzusu Karmen adlı bir qızın həyatından bəhs edən filmin quruluşçu rejissoru Aleksandr Xvan, ssenari müəllifi Yuri Korotkovdur.
Baş rollarda İqor Petrenko və Olqa Filippova çəkilmişlər.