İDMAN
“KARVAN” VƏ “NEFTÇİ” LİDERLİYİ DAVAM ETDİRİRLƏR
AZƏRTAC xəbər verir ki, martın 12-də daha dörd oyunla ölkə futbol çempionatının 17-ci turuna yekun vurulmuşdur. Turun əsas görüşündə “Xəzər - Lənkəran” və “İnter” komandaları qarşılaşmışlar. Oyun 1:1 hesabı ilə başa çatmışdır.
Digər oyunlarda aşağıdakı nəticələr qeydə alınmışdır: “Bakı” - “Qarabağ” 2:1, “Olimpik” - “Göyəzən” 2:0, “Turan” - “Gəncə” 2:1.
Xatırladaq ki, bir gün əvvəll keçirilmiş görüşlərdə “Neftçi” “MOİK”i 4:0, “Karvan” isə “Şahdağ”ı 3:0 hesabı ilə məğlub etmişdir. “MKT-Araz” - “Gənclərbirliyi” oyunu isə 1:1 hesabı ilə qurtarmışdı.
Beləliklə, bu turdan sonra hərəyə 36 xal toplamış “Karvan” və “Neftçi” komandaları yarış cədvəlində birinci - ikinci yerləri bölüşdürürlər. “Bakı” və “İnter” komandaları 33 xalla müvafiq olaraq, üçüncü - dördüncü yerlərdədirlər. “İnter” komandasının ehtiyatda bir oyunu qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:44]
Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- 23.04.2024 [13:00]
Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır
- 23.04.2024 [12:12]
Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub
- 23.04.2024 [11:53]
“Azərreyl”in voleybolçusu: Meydanda əsl xarakter nümayiş etdirdik
- 23.04.2024 [11:20]
Azərbaycan gimnastı: Olimpiadada ölkəmi layiqincə təmsil edəcəyimə inanıram
- 23.04.2024 [11:01]
Bu gün qadın voleybolçuların Yüksək Liqasında çempion bəlli olacaq
- 23.04.2024 [10:12]
Avropa çempionatı: Azərbaycan şahmatçısı itkisiz irəliləyir
- 23.04.2024 [01:08]