DÜNYA


KASPİYSKDƏKİ TERROR AKTINDA ŞÜBHƏLİ BİLİNƏN ÜÇ NƏFƏR MAHAÇQALAYA GƏTİRİLMİŞDİR

KaspiyskdəKİ terrorda əli olmaqda şübhəli bilinən üç nəfər Sankt-Peterburqdan Mahaçqalaya gətirilmişdir. 

Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbədən İTAR-TASS-ın müxbirinə bildirmişlər ki, onlar Rusiyanın şimal paytaxtında yaxalanmışlar və dindirilməlidirlər.

Tutulanların kimliyi və cinayətdə nə dərəcədə əli ola bilməsi barədə heç bir məlumat verilmir. Şübhəli şəxslər Dağıstan hüquq mühafizə orqanlarının bundan əvvəl tutulmuş şəxslərin istintağı zamanı əldə etdikləri operativ informasiya əsasında yaxalanmışlar.

Mayın 9-da Kaspiyskdə törədilmiş terror əməli nəticəsində həlak olanların sayı 41-ə çatmışdır. Onların böyük əksəriyyəti uşaqlar və hərbi qulluqçulardır. Xəsarət almış daha onlarca adam xəstəxanadadır. Onların bir qismi ağır vəziyyətdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.