DÜNYA
KEÇMİŞ POLŞA PREZİDENTİ KATOLİK TRİBUNALINA İFADƏ VERƏCƏK
Bu informasiyanı Varşavada 82 yaşlı Yaruzelskinin özü də təsdiqləmiş, lakin tribunalın nümayəndələri ilə gələcək görüşləri barədə başqa heç nə deməmişdir.
General Yaruzelski II İohann Pavel ilə səkkiz dəfə görüşmüşdür. Onların ilk görüşü 1983-cü ilin iyununda, Polşada hərbi vəziyyət olduğu vaxt keçirilmişdir. Onda Yaruzelski Baş nazir və Polşa Birləşmiş Fəhlə Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi. Son iki görüş general böyük siyasəti tərk etdikdən sonra olmuşdur.
Voytsex Yaruzelski II İohann Pavelin müqəddəslər sırasına keçirilməsinin hazırlanması üçün informasiya toplanmasına cəlb edilən ikinci görkəmli polyak siyasətçisidir. Tribunala ilk məlumatı Polşanın əvvəlki prezidenti Aleksandr Kvasnevski vermişdir. Onun Roma Katolik Kilsəsinin nümayəndələri ilə görüşü ötən ilin dekabrında Varşavada olmuşdur.
Krakovda işləyən Müqəddəsləşdirmə tribunalı keçən ilin noyabrında fəaliyyətə başlamışdır və gözlənildiyinə görə martda işini başa çatdıracaqdır.