Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“KİÇİK SAHİBKARLIĞA DÖVLƏT KÖMƏYİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 8, maddə 469; 2001-ci il, N 12, maddə 736; 2002-ci il, N 12, maddə 709) 3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 3. Kiçik sahibkarlıq subyektləri

1. Kiçik sahibkarlıq subyektləri işçilərinin orta siyahı sayı (mövsümi cəlb edilən işçilər nəzərə alınmadan) və illik dövriyyələrinin həcmi əsas götürülməklə müəyyənləşdirilir.

2. İqtisadi fəaliyyət növləri üzrə bu meyarların hədlərinin müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin