MƏDƏNİYYƏT


KİNO SAHƏSİNDƏ YENİ KADRLAR YETİŞİR

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya rejissorluğu fakültəsi tələbələrinin yaradıcılıq işləri ilə tanış olmuşdur.

İttifaqın katibi Abbas Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Universitetdə təhsil alan tələbələrin kurs işləri ilə tanışlıqdan sonra əmin olduq ki, burada gözəl mütəxəssislər yetişir. Kinorejissor, professor Eldar Quliyevin sinfinin tələbələrini xüsusilə qeyd etmək istərdim. Gələcək kino və televiziya rejissorları – ikinci kurs tələbələri Tatyana Əliyevanın, Ülviyyə Əzizovanın çəkdiyi filmlər, Səbinə və Orxan Məmmədovların ümummilli liderimiz Heydər Əliyevə həsr etdikləri videofilm, aktyorluq fakültəsinin tələbələri Ellada Həsənova, Kəmalə Musayeva və Ərşad Ələkbərovun hazırladıqları tamaşalar yüksək qiymət almışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.