İDMAN
KİŞİLƏR ARASINDA TAEKVONDO ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ QALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR
190 taekvondoçunun mübarizə apardığı yarışın nəticələrinə əsasən Zahid Məmmədov (54 kq), Elnur Amanov (58 kq), Ziya Qasımov (62 kq), İlkin Şahbazov (67 kq), Elvin Məmmədov (72 kq), Rəşad Əhmədov (78 kq), Təvəkkül Bayramov (84 kq-dək), Vüqar Məcidov (84 kq-dan yuxarı) ölkə çempionu adını qazanmışlar.
Xatırladaq ki, bir gün əvvəl gənclər arasında yarış keçirilmiş və Samir Cavadlı (45 kq), Samir Məmmədov (48 kq), Eldar Qurbanov (51 kq), Nicat Haqverdiyev (55 kq), Tahir Hüseynov (59 kq), Nicat Cavadov (63 kq), Səbuhi İsmayılov (68 kq), Məhəmməd Əzizi (73 kq), Rafiq Həsənov (78 kq), Aydın Bəhmənov (78 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Yanvarın 14-də qadınlar arasında davam edəcək yarışlarla çempionata yekun vurulacaqdır.