REGİONLAR
KİŞİNYOVDA NASİONAL-BOLŞEVİKLƏR ATƏT-İN NÜMAYƏNDƏ HEYƏTİNƏ QARŞI ƏDƏBSİZLİK ETMİŞLƏR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, iyunun 11-də Kişinyovda Moldova Nasional-Bolşevik Partiyasının fəalları XİN-in dəvəti ilə buraya gəlmiş ATƏT-in yeddi səfirinin üstünə qatıq tökmüşlər.
ABŞ, Türkiyə, Bolqarıstan, Norveç, İrlandiya, Rumıniya səfirləri və ATƏT-in Moldovadakı nümayəndəliyinin başçısı Kişinyova Dnepryanı bölgə probleminin tənzimlənməsinə dair danışıqların gedişi ilə tanış olmağa gəlmişlər.
Nasional-Bolşevik Partiyasının tərəfdarlarından iki nəfər ATƏT səfirlərinin Respublika sarayında keçirdikləri yekun mətbuat konfransına jurnalistlərlə birlikdə daxil olmuşdur. Bundan azacıq sonra onlar “Bu, siyasi aksiyadır!” deyə qışqıraraq, diplomatların üst-başına qatıq tökmüşlər. Diplomatlar xəsarət almamışlar.
Nasional-bolşeviklər dərhal tutulmuşlar.