DÜNYA
KİV: ABŞ Çinin neft şirkətini sanksiya siyahısına salmağa hazırlaşır
Bakı, 30 noyabr, AZƏRTAC
Tramp administrasiyasının Çinin çip istehsalçısı “SMIC” şirkəti və “CNOOC” neft şirkətinin ordu ilə əlaqələri olduğu səbəbindən sanksiya siyahısına salmağa hazırlaşdığı bildirilir.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu çərçivədə “China Construction Technology Co. Ltd.” və “China International Engineering Consulting Corp.” şirkətləri də nəzərdən keçirilir və ABŞ-ın ümumilikdə 35 Çin şirkətini sanksiya siyahısına salacağı qeyd olunur.
Bu xəbərlərdən sonra “CNOOC” neft şirkətinin səhmlərinin dəyəri Honkonq birjasında 9 faizdən çox geriləyib. “CNOOC”un törəmə şirkəti olan “China Oilfield”in səhmləri də 11 faiz dəyər itirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp səlahiyyət müddətinin son günlərində Çinə qarşı təzyiqləri artırmaqda davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]