DÜNYA


KİV “AstraZeneca” peyvəndinin testlərinin dayandırılmasının səbəbini öyrənib

Bakı, 10 sentyabr, AZƏRTAC

“AstraZeneca” əczaçılıq kompaniyasının hazırladığı koronavirusa qarşı vaksinin üçüncü sınaq mərhələsi könüllülərdən birinin səhhətinin pisləşməsi səbəbindən dayandırılıb.

AZƏRTAC “Start” tibb jurnalına istinadla xəbər verir ki, səhhəti pisləşən britaniyalı qadında onurğa beyin iltihabı əlamətləri ilə nevroloji simptom müşahidə edilib.

“AstraZeneca” kompaniyasının Baş direktoru Paskal Sorionun sözlərinə görə, üzə çıxan simptom nadir, lakin ciddi iltihabi xəstəliyə uyğun gəlir. Kompaniyadan onu da bildiriblər ki, pasiyentin diaqnozu hələ tam müəyyən edilməyib və o, artıq özünü bir qədər yaxşı hiss etməyə başlayıb.

Paskal Sorio, həmçinin iyul ayında pasiyentlərdən birində sklerozun aşkar olunduğunu və bu səbəbdən vaksin sınaqlarının bir müddət dayandırıldığını etiraf edib. Onun sözlərinə görə, tədqiqatlar nəticəsində xəstəliyin preparatla əlaqəsinin olmadığı müəyyənləşib.

Qeyd edək ki, ABŞ-da avqust ayının sonlarından başlayaraq Böyük Britaniya və İsveç alimlərindən ibarət komandanın hazırladığı “AstraZeneca” vaksininin üçüncü sınaq mərhələsi başlayıb. İndiyə qədər təxminən 30 minə yaxın könüllü sınaqlarda iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.