DÜNYA


KİV: Bağdad xəstəxanasındakı yanğında ölənlərin sayı 50 nəfərdən çox ola bilər

Bakı, 25 aprel, AZƏRTAC

Şənbə günü axşam Bağdadda koronavirus xəstələrinin müalicə olunduğu klinikada baş vermiş yanğında həyatını itirənlərin sayı 55 nəfərə çata bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb. Bununla yanaşı, İraqın insan hüquqları komissiyasının bazar günü səhər saatlarında yayılan məlumatına görə, təxminən 45 nəfər yanğının qurbanı olub. Ölkənin Səhiyyə Nazirliyi hələlik rəsmi açıqlama verməyib.

Bağdadın şərqində yerləşən “İbn Əl-Xatib” Xəstəxanasında yanğın binanın ikinci mərtəbəsində saxlanılan oksigen balonlarının partlaması səbəbindən baş verib. Orada ağır COVID-19 xəstələri üçün reanimasiya şöbəsi yerləşirdi. İkimərtəbəli bina daxildən tamamilə yanıb. Alovun söndürülməsinə 30-a yaxın yanğınsöndürmə briqadası cəlb edilib.

Bəzi məlumatlara əsasən, hadisə anında xəstəxanada təxminən 200 nəfər olub. Faciə ilə əlaqədar bütün ölkə üzrə üç günlük matəm elan olunub. Xəstəxananın baş həkimi, təhlükəsizlik xidmətinin rəisi və klinikanın texniki təhlükəsizliyinə məsul şəxslər saxlanılıb. Baş verənlərlə əlaqədar bazar ertəsi günü İraq parlamentinin təcili iclası gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.