DÜNYA


KİV: G7 ölkələri Rusiyaya qarşı yeni sanksiyaları mayın 8-də müzakirə edəcək

Bakı, 6 may, AZƏRTAC

“Böyük yeddilik” ölkələri Rusiyaya qarşı yeni mümkün sanksiyaları mayın 8-də müzakirə edəcək.

AZƏRTAC Bloomberg agentliyinə istinadla xəbər verir ki, müzakirələr sanksiyaları koordinasiya etməyə kömək göstərəcək. Mənbələrin məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski tədbirdə iştirak etməyə dəvət olunub.

Bundan əvvəl dpa agentliyi Almaniya hökumətinin nümayəndəsinə istinadla məlumat yaymışdı ki, Volodimir Zelenski bazar günü “Böyük yeddilik” liderlərinin onlayn konfransının gedişində Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox digər ölkələri bu səbəbdən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib. Sanksiyaların əhatə dairəsi getdikcə genişlənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.