İDMAN


KİV: Olimpiya çempionu Londondakı ekoloji etiraz aksiyasında həbs olunub

Bakı, 22 aprel, AZƏRTAC

Slalom və ikili baydarkada avarçəkmə üzrə 2012-ci ilin Olimpiya çempionu Etyenn Stott Londonda keçirilən ekoloji etiraz aksiyasında həbs olunub. Bu barədə məlumatı İngiltərənin “The Sun” nəşri yayıb.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 39 yaşlı Olimpiya çempionu Skotland-Yard polisləri tərəfindən Vaterloo körpüsünün yaxınlığında ekoloji şüarlar səsləndirdiyi zaman saxlanılıb. Bundan əvvəl bildirilib ki, Stott və yoldaşı avtobus dayanacağının damında çıxışlar ediblər.

Londonda keçirilən etiraz aksiyasının iştirakçıları hökumətdən iqlim dəyişmələri barədə həqiqətləri söyləməyi, bu sahədə nəzarətedici vətəndaş Assambleyasının yaradılmasını, həmçinin atmosferə emissiya olunan qazların səviyyəsinin sıfıra endirilməsi üçün təcili tədbirlərin görülməsini tələb edirlər.

Bu günədək aksiya iştirakçılarından 831 nəfər saxlanılıb, onların 40-na qarşı ittiham irəli sürülüb. London polisinin rəhbəri Kressida Dikin sözlərinə görə, polisdə işlədiyi 36 il ərzində o, bir polis əməliyyatında bu sayda insanın saxlanıldığını xatırlamır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.