DÜNYA
KİV: Pentaqon aktivlərinin yarıdan çoxunun auditini həyata keçirə bilməyib
Bakı, 18 noyabr, AZƏRTAC
ABŞ-ın Müdafiə Nazirliyi artıq beşinci dəfədir ki, öz aktivlərinin tam auditini həyata keçirə bilmir.
AZƏRTAC “The Hill” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin Pentaqonun maliyyə məsələlərinə cavabdeh olan müavini Maykl Makkord bildirib.
Onun sözlərinə görə, yoxlamalar 1,6 min auditor tərəfindən həyata keçirilib, lakin sonda nazirlik öz aktivlərinin təxminən 61 faizi barədə hesabat verə bilməyib. Pentaqonun aktivlərinə avadanlıq və silahlar, o cümlədən 19,7 min təyyarə və 290-dan çox gəmi, həmçinin dünya üzrə 4,8 min bina və digər obyektlər daxildir.
Maykl Makkord, həmçinin münaqişə zamanı silah və texnikanın dəqiq izlənməsinin kritik xüsusiyyətinə işarə edərək, Ukraynadakı hazırkı vəziyyətin audit baxımından “çox ibrətamiz məqam” olduğunu vurğulayıb.
Birləşmiş Ştatların Müdafiə Nazirliyində ilk dəfə 2017-ci ildə həyata keçirilən və sonrakı dörd hərtərəfli auditin hamısı uğursuz olub. Vaxtaşırı təkmilləşməsinə baxmayaraq, yoxlamalar auditor rəyi verilmədən başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]