DÜNYA
KİV: Portuqaliyanın sabiq Baş naziri BMT-nin baş katibi vəzifəsinə namizədlər arasında liderdir
Bakı, 22 iyul, AZƏRTAC
Portuqaliyanın keçmiş Baş naziri Antoniu Quterriş BMT-nin baş katibi postuna iddialı 12 namizəd arasında bağlı qapılar arxasında keçirilən ilkin səsvermə zamanı daha çox səs toplayıb. Bu barədə diplomatlara istinadən AFP agentliyi məlumat verib.
AZƏRTAC TASS Agentliyinə istinadla xəbər verir ki, növbəti səsvermə yaxın günlərdə ola bilsin ki, iyulun 29-da baş tutacaq. Prosedur hələlik namizədlərdən birinin Təhlükəsizlik Şurasının bütün 15 üzvünün dəstəyini almayana qədər təkrarlanacaq. Bundan sonra formal açıq səsvermə keçiriləcək və namizəd Baş Məclisin təsdiqinə çıxarılacaq. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin TASS Agentliyinə bildirib ki, Pan Gi Munun varisinin adı oktyabrda məlum ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]