DÜNYA


KİV: Rumıniya bu həftə “Şimal axını 2” layihəsini bloklayan əlavəni səsverməyə çıxaracaq

Buxarest, 6 fevral, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Rumıniya bu həftənin sonunadək “Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri layihəsini bloklayan əlavəni səsverməyə çıxaracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Radio Polsha” və digər KİV-lər məlumat yayıb.

Bildirilir ki, rəsmi Buxarest qaz direktivlərinə dəyişikliyə dair məsələni Avropa İttifaqı səfirlərinin həftənin sonunda planlaşdırılan görüşündə müzakirəyə çıxara bilər. Dəyişikliyə əsasən, Aİ ərazisindən keçən qaz kəmərləri, o cümlədən dənizdən keçən qaz boru kəmərləri Avropa İttifaqının energetika paketinin bir hissəsi olmalıdır. Dəyişikliyin tərəfdarları Aİ-yə üzv 13 ölkədir. Lakin buna baxmayaraq, Almaniya, Avstriya, Niderland, Belçika, Bolqarıstan, Macarıstan, Çexiya və Sloveniya bu məsələdə hər hansı dəyişikliyin əleyhinədir.

Qeyd edək ki, bir müddət əvvəl Polşa və Rumıniyanın XİN rəhbərləri “Şimal axını 2” layihəsinə qarşı çıxaraq Avropa İttifaqı qaz direktivlərinin tezliklə yenidən baxılması zərurətini bəyan ediblər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.