İQTİSADİYYAT


KİV: Rumıniya milli hava yolları Buxarest-Bakı aviareysini ləğv edir

Buxarest, 11 fevral, AZƏRTAC

Rumıniyanın milli hava yolları şirkəti “TAROM” aprelin 3-dən həyata keçirilməsi planlaşdırılan Buxarest-Bakı aviareysini ləğv edir.

AZƏRTAC rumın KİV-lərinə istinadla xəbər verir ki, aviaşirkətin internet səhifəsindən bu reysə bilet almaq mümkün deyil. Bilet satışı ofisləri də reysin sistemdən çıxarıldığını bildirir.

Şirkət rəsmi açıqlama yaymasa da, qeyri-rəsmi məlumatlara görə, reysin ləğv olunmasına səbəb kimi bu istiqamət üzrə uçuş xərclərinin yüksək olması göstərilir.

Qeyd edək ki, “TAROM” ilk dəfə ötən il oktyabrın 31-də Bakı və Tbilisiyə uçuşların açılması barədə məlumat yaymışdı. Lakin buna baxmayaraq, oktyabrın 31-i yalnız Buxarest-Tbilisi aviareysi açılmışdı. Buxarest-Bakı aviareysi isə bu il aprelin 3-nə kimi təxirə salınmışdı.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.