DÜNYA


KİV: Şimali Koreya sualtı qayıqdan ballistik raket buraxıb

Bakı, 7 may, AZƏRTAC

Şimali Koreya şənbə günü sualtı qayıqdan Yapon dənizi istiqamətində ballistik raket buraxıb.

AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın Baş Qərargahı raketin mayın 7-də yerli vaxtla saat 14:07-də Sinpo şəhəri yaxınlığından atıldığını bildirib. Məlumata görə, 60 kilometr hündürlüyə qalxan ballistik raket 600 kilometrə qədər məsafə qət edib.

“KXDR-in raket sınaqları Koreya yarımadasında və beynəlxalq aləmdə sülh və sabitliyə xələl gətirən ciddi təhdid aktlarıdır və BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq şəkildə pozur”, - deyə Baş Qərargahdan qeyd edilib.

Qeyd olunur ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri həyata keçirdiyi 15-ci raket sınağıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.