CƏMİYYƏT


KİV nümayəndələri ilə birgə yaz ağacəkmə aksiyası keçirilib

Bakı, 10 mart, AZƏRTAC

Martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağac əkini mövsümünə start verib.

AZƏRTAC xəbər verir ki, yaz ağac əkininin başlanması ilə əlaqədar nazirlik və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Zığ şosesinin kənarında ağacəkmə aksiyası keçirilib və yeni salınmış yaşıllıq əraziyə “Yaşıl qələm” jurnalistlər bağı adı verilib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə müsahibəsində bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd yaşıllaşdırmanın daha da inkişaf etdirilməsidir. Nazir, həmçinin ağacəkmə aksiyasının təkcə Abşeron yarımadasında yox, ölkənin hər bir bölgəsində olacağını qeyd edib. Feyxoa, yapon əzgili və digər növ ağacların əkildiyi aksiyada ümumilikdə 2 minə yaxın ağacın əkildiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.