Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Asiya İnkişaf Bankının dəstəyi ilə inşa olunmuş "Dəliməmmədli" və "Yeni Gəncə" yarımstansiyaları ilə tanışlıq

Bakı, 15 noyabr, AZƏRTAC

Asiya İnkişaf Bankının (ADB) təşkilatçılığı ilə KİV nümayəndələri Gəncə-Qazax bölgəsində "Dəliməmmədli", "Yeni Gəncə" yarımstansiyaları və Ağstafa və Qazaxda yenidən qurulmuş kənd yolları və körpülərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, tur çərçivəsində media nümayəndələri əvvəlcə ADB-nin maliyyə dəstəyi ilə inşa edilmiş 110/35/10 kV-luq "Dəliməmmədli" yarımstansiyasına səfər ediblər.

Məlumat verilib ki, yarımstansiya 40 meqavolt-amper (MVA) gücündə iki transformatordan, 110 kilovoltluq açıq paylayıcı qurğudan, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğulardan, mühafizə və nəzarət sistemindən və köməkçi sistemlərdən ibarətdir. Bu obyekt 40 ildən çox istifadə olunmuş, istismar gücü iki dəfə az, səmərəliliyi aşağı olan və fəaliyyətində tez-tez nasazlıqlar baş verən köhnə yarımstansiyanı əvəz edib.

"Dəliməmmədli" yarımstansiyası məişət, kənd təsərrüfatı və ticarət obyektlərini əhatə edən 10 kV-luq doqquz paylama xətti sayəsində Dəliməmmədli şəhərində və Goranboy rayonunda 90 faizi əhali istehlakçı qrupundan ibarət 11 mindən çox istehlakçını elektrik enerjisi ilə təmin edir.

Yüksək istismar gücü və faydalı istismar müddəti sayəsində "Dəliməmmədli" yarımstansiyası yaşayış evləri ilə yanaşı, yaxınlıqdakı əsas kənd təsərrüfatı obyektlərini, süd emalı zavodlarını, pambıq fabrikini, məktəbləri, alış-veriş mərkəzlərini, yanacaqdoldurma məntəqələrini, restoranları və kommunal qurğuları elektrik enerjisi ilə təmin edir.

Bildirilib ki, yarımstansiyanın tikintisi ADB ilə Azərbaycan hökuməti arasında imzalanmış "Elektrik Paylama Şəbəkəsinin Gücləndirilməsinə dair İnvestisiya Proqramı" çərçivəsində reallaşıb və obyekt bu ilin iyul ayında istifadəyə verilib.

Sonra media nümayəndələri Ağstafa və Qazaxda yenidən qurulmuş kənd yollarına və körpülərə baxış keçiriblər. ADB Yol Şəbəkəsinin İnkişafı Proqramının 4-cü layihəsi çərçivəsində Ağstafa və Qazaxda kənd yollarının bərpası və körpülərin yenidən qurulmasını maliyyələşdirib. Təxminən 41,3 kilometrlik kənd yollarının bərpasına yolun səki hissəsinin bərpası, mövcud drenaj borularının və körpünün yenidən qurulması, drenaj strukturlarının təkmilləşdirilməsi və yol hərəkətinin təhlükəsizliyi üçün yol nişanlarının və işarələrin quraşdırılması daxil idi. ADB tərəfindən maliyyələşdirilən Yol Şəbəkəsinin İnkişafı Proqramının 4-cü layihəsi çərçivəsində bu rayonlarda 16 kəndi birləşdirən 5 kənd yolu bərpa edilib. Kənd yollarından əlavə, layihə çərçivəsində Kür çayı üzərində 184 metr uzunluğunda müasir körpü də daxil olmaqla Ağstafa-Poylu-Gürcüstan sərhəd boyunca ümumi uzunluğu 363 metr olan 4 yeni körpü inşa olunub. Layihənin icraedicisi "Azəravtoyol" ASC-dir.

KİV nümayəndələri 110/35/10 kV-luq "Yeni Gəncə" yarımstansiyası ilə tanış olublar. 40 meqavolt-amper (MVA) gücündə iki ədəd transformatordan, 110 kilovoltluq açıq paylayıcı qurğudan, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğulardan, mühafizə və nəzarət sistemindən və köməkçi sistemlərdən ibarət 110 kV-luq "Yeni Gəncə" yarımstansiyası Azərbaycanın Respublikasının ikinci ən böyük şəhəri olan Gəncənin sənaye zonasında yerləşir.

Bu yarımstansiya 40 ildən çox istifadə olunmuş və istismar gücü və səmərəliliyi iki dəfə aşağı olan köhnə yarımstansiyanı əvəz edir. 35 və 10 kV-luq yeni paylama xətləri sayəsində "Yeni Gəncə" yarımstansiyası məişət, kənd təsərrüfatı və ticarət obyektlərini əhatə etməklə Yeni Gəncə ərazisində 90 faizi əhali istehlakçı qrupundan ibarət 30 mindən çox istehlakçını elektrik enerjisi ilə təmin edir. İstismar gücünün aşağı olması və paylama xətlərinin köhnəlməsi səbəbilə əvvəlki yarımstansiyanın təmin etdiyi elektrik enerjisində ardıcıl fasilələr müşahidə olunurdu.

Gəncə şəhərinin Yeni Gəncə ərazisi şəhərin çoxlu sayda sənaye, kommunal, ticarət və yaşayış obyektlərinin fəaliyyət göstərdiyi yeni yaşayış və sənaye mərkəzidir. Bu obyektlərin sırasına Gəncə Beynəlxalq Hava Limanı, yeni otellər, alış-veriş mərkəzləri, tikinti materialları istehsal edən sahələr, Heydər Əliyev adına yeni park, Olimpiya İdman Kompleksi və yeni yaşayış binaları daxildir. Buna görə də "Yeni Gəncə" yarımstansiyası Gəncə şəhərinin dairəvi sxem üzrə 110 kV-luq elektrik şəbəkəsinin əhəmiyyətli bir hissəsi olmaqla etibarlı elektrik enerjisini təmin edəcək və şəhərin gələn onilliklərdə artan elektrik enerjisi tələbatını qarşılayacaq.

"Yeni Gəncə" yarımstansiyasının tikintisi Kredit 3407-AZE-yə uyğun olaraq Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilib. Layihənin icrası nəticəsində Azərbaycanda elektrik paylama şəbəkələrinin səmərəliliyi və etibarlılığı artacaq. Məqsəd bütün istehlakçıları etibarlı elektrik enerjisi ilə təmin etməkdir. Elektrik Paylama Şəbəkəsinin Gücləndirilməsinə dair İnvestisiya Proqramı" üzrə icraedici qurum "Azərişıq" ASC-dir.

Qeyd edək ki, "Elektrik Paylama Şəbəkəsinin Gücləndirilməsinə dair İnvestisiya Proqramı" çərçivəsində ADB "Azərişıq" ASC-yə ümumilikdə 750 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Üç tranşdan ibarət olan kreditin ilk 250 milyon dollarlıq tranşı 2016-cı il sentyabrın 2-də qüvvəyə minib. Bu tranş üzrə subpodratçılarla 240 milyon dollarlıq müqavilə imzalanıb və artıq tələb olunan vəsaitin 123 milyon dolları və yaxud 51 faizi ödənilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq

Rusiya Baş Prokurorluğu ölkədə təxribat və terror aktları riskinin artmasını xəbər verib

Dünyanın qəbul etdiyi Azərbaycan həqiqəti ŞƏRH

QSC əmək hüquqlarının pozulmasına görə 20 min manat cərimələnib

Prezident: COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür

Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir

Azərbaycanlı skripkaçı Canel Nəcəfli Barselonada keçirilən müsabiqədə Fəxri diploma layiq görülüb

Prezident İlham Əliyev: Ermənistan Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər