SİYASƏT
KİYEVDƏ AŞ MONİTORİNQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
Mayın 11-dən 14-dək Kiyev şəhərində Avropa Şurası Monitorinq Komitəsinin iclası keçirilmişdir. Bu toplantıda Azərbaycanı Milli Məclisin deputatları Bəxtiyar Əliyev və Asim Mollazadə təmsil edirdilər. Deputatlarımızın məlumatına görə, iclas Ukraynanın AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə həsr olunsa da, digər ölkələrin, o cümlədən Ermənistanın öhdəliklərə necə əməl etməsi də müzakirə olunmuşdur. Bu ölkənin ölüm hökmünü ləğv etmədiyi xüsusi qabardılmış, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradan digər məsələlərə mənfi münasibət bildirilmişdir. Təcavüzkar ölkəyə öhdəliklərin yerinə yetirilməsi istiqamətində səylərini artırmaq tapşırığı verilmişdir.
Toplantıda Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində Monitorinq Komitəsinin məruzəçiləri - Andreas Qross və Martinas Hassanın ölkəmizə səfər etmələri barədə qərar qəbul olunmuşdur.