İQTİSADİYYAT
KİYEVDƏ REGİONAL SEMİNAR KEÇİRİLƏCƏKDİR
Beynəlxalq Əmək Təşkilatının İşəgötürənlər Bürosu noyabrın 22-23-də Kiyevdə “Şərqi Avropa və Mərkəzi Asiya dövlətlərində işəgötürənlər təşkilatları üçün hüquqi şəraitin təkmilləşdirilməsi istiqamətində strategiya və fəaliyyət planlarının hazırlanması” mövzusunda regional seminar keçirəcəkdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Beynəlxalq təşkilatların və müxtəlif ölkələrin işəgötürənlər təşkilatları nümayəndələrinin iştirak edəcəyi yığıncaqda işəgötürənlər təşkilatlarının hazırkı vəziyyəti, problemləri və gələcək fəaliyyət planları müzakirə olunacaq, fikir mübadiləsi aparılacaq, İşəgötürənlər Bürosu tərəfindən yeni nəşr olunmuş “Şərqi Avropa və Mərkəzi Asiya dövlətlərində işəgötürənlər təşkilatları üçün hüquqi baza” adlı kitabın təqdimatı keçiriləcəkdir.
Seminarda ASK-nın prezidenti Ələkbər Məmmədov iqtisadiyyatın inkişafı istiqamətində rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə məlumat verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:24]
ABB Ağdaş filialını da yeniləyib
- 28.03.2024 [18:20]
Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq
- 28.03.2024 [18:18]
Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib
- 28.03.2024 [17:39]