SİYASƏT


KİYEV MƏKTƏBİNİN AZƏRBAYCAN DİLİ SİNFİNDƏ SON ZƏNG ÇALINMIŞDIR

Kiyev, 30 may (AZƏRTAC). Mayın 29-da 37 nömrəli Kiyev orta ümumtəhsil məktəbinin Azərbaycan dili sinfində son zəng çalınmışdır.

Son zəng Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzi, Ukrayna Azərbaycanlıları Konqresi (UAK) və məktəbin rəhbərliyi tərəfindən təşkil olunmuşdur.

UAK-nin sədri İlqar Abbasov, UAK-in Kiyev şəhəri üzrə rəhbəri, Azərbaycanın və keçmiş SSRİ-nin Əməkdar İdman Ustası, sərbəst güləş üzrə Əməkdar Məşqçi Oleq Krapivin, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm, Mədəniyyət və İdman Mərkəzinin direktoru, professor Arif Quliyev şagirdlərin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə məktəbin rəhbərliyinə, Azərbaycan dili müəllimi Səfayə Naibovaya minnətdarlıqlarını bildirmiş, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulamışlar.

Ən yaxşı iki şagirdə noutbuklar, təhsildə fərqlənmiş digər şagirdlərə hədiyyələr təqdim olunmuşdur.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.