KOALİSİYA QÜVVƏLƏRİ SƏKKİZ GÜN ƏRZİNDƏ İRAQDA 70 HƏRBÇİ İTİRMİŞLƏR
AZƏRTAC-ın xarici informasiya agentliklərinə istinadla verdiyi xəbərə görə, İraqdakı koalisiya quvvələri komandanının müavini ABŞ generalı Mark Kimmit aprelin 12-də Bağdadda keçirdiyi mətbuat konfransında bildirmişdir ki, ayın 1-dən bəri koalisiya qoşunlarının 70-dək hərbçisi həlak olmuş, silahlı müqavimət göstərən yaraqlılar isə on dəfə çox itki vermişlər. Mülki əhali arasındakı itkilərdən danışan general demişdir ki, “ Əl-Fəllucə İraqın nəzarəti altına qayıtdıqdan sonra Səhiyyə Nazirliyi bu barədə daha dəqiq məlumat verəcəkdir.
ABŞ generalının bəyanatı İraqda vəziyyət kəskinləşəndən bəri koalisiya qüvvələri komandanlığının itkilər barədə ilk rəsmi məlumatıdır.