İQTİSADİYYAT


KOBİA Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlara müraciət edib

KOBİA Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlara müraciət edib

Bakı, 30 mart, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinə müraciət edib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentlik Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2023-2024-cü illər üçün “İqtisadi kooperasiya”, “Sənaye 4.0”, “Yaşıl iqtisadiyyat” və “Ağıllı kənd təsərrüfatı” mövzularında müsabiqə elan edir.

Müsabiqə haqqında ətraflı məlumatı KOBİA-nın internet səhifəsindən əldə etmək olar.

Qeyd edək ki, proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.