İQTİSADİYYAT


KOBİA Azərbaycan-Türkiyə əməkdaşlıq tədbirində təmsil olunub

Bakı, 22 yanvar, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan-Türkiyə əməkdaşlıq tədbirində təmsil olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) təşkil etdiyi Azərbaycan-Türkiyə əməkdaşlıq tədbiri hər iki ölkənin sahibkarlıq sahəsində fəaliyyət göstərən təşkilatlarını və iş adamlarını eyni platformada birləşdirib.

KOBİA idarə heyətinin sədri Orxan Məmmədov agentliyin fəaliyyəti, ölkəmizdə KOB sektoru, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlıq, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin iqtisadi potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.