İQTİSADİYYAT


KOBİA “Ernst & Young”la əməkdaşlıq edəcək

Bakı, 11 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Ernst & Young Holdings” şirkətinin ölkəmizdəki filialı arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənədi agentliyin idarə heyətinin sədri Orxan Məmmədov və “Ernst & Young Holdings”in Azərbaycandakı filialının rəhbəri İlqar Vəliyev imzalayıblar.

Memorandum kiçik və orta biznesin inkişafının dəstəklənməsi üçün innovativ təşəbbüslərin həyata keçirilməsi, sahibkarların maarifləndirilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi, birgə layihələrin reallaşdırılması, o cümlədən “Ernst & Young Holdings”in “Wavespace” proqramının agentlikdə tətbiqi, “Entrepreneur of the year” və “Entrepreneurial Winning Women” tədbirlərinin birgə təşkili kimi istiqamətlərdə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində KOB subyektlərinin biznes bacarıqlarının artırılması üçün onlara təlim, məsləhət, informasiya və digər maarifləndirici xidmətlər göstəriləcək, bu məqsədlə “Ernst & Young Holdings”in kadr potensialından və beynəlxalq təcrübəsindən istifadə ediləcək, KOB-lar üçün maarifləndirici materiallar hazırlanacaq, startapların, mikro və kiçik biznes subyektlərinin sərgilərdə və təcrübə mübadiləsi proqramlarında iştirakına birgə dəstək göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.