İQTİSADİYYAT


KOBİA Gənclər Fondu və Gənc Sahibkarlar Şəbəkəsi ilə əməkdaşlıq edəcək

Bakı, 10 dekabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənədləri KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və "Gənc Sahibkarlar Şəbəkəsi" İB-nin sədri Xaliq İldırımzadə imzalayıblar.

İmzalanma mərasimi dekabrın 10-da Bakıda keçirilən Gənc Sahibkarların I Forumu çərçisində baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.