İQTİSADİYYAT


KOBİA I Respublika Sənətkarlıq Festivalında təmsil olunur

Bakı, 4 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda ilk dəfə olaraq keçirilən I Respublika Sənətkarlıq Festivalında təmsil olunur.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə keçirilən festivalda paytaxt və regionlardan olan 100-dən çox sənətkar öz əl işlərini nümayiş etdirir.

Festivalda iştirak edən sahibkarlara agentliyin KOB dostları tərəfindən biznesin qurulması və genişləndirilməsi üçün məsləhət xidmətləri göstərilir, KOB-lar agentliyin fəaliyyəti, mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılır, onlara maarifləndirici bukletlər paylanılır.

Tədbir çərçivəsində KOBİA tərəfindən sənətkarlıqla məşğul olan sahibkarların ehtiyaclarının müəyyənləşdirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi üçün sorğuların keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, festival Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda təşkil olunub və iyulun 7-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.