İQTİSADİYYAT


KOBİA “KOB evi”ndə “B2B” xidmətlər göstərməkdə maraqlı olan sahibkarlara müraciət edib

Bakı, 22 iyul, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “KOB evi”ndə “B2B” (biznes-biznes) xidmətlər göstərməkdə maraqlı olan sahibkarlara müraciət edib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, biznes subyektləri üçün bütün “G2B” (dövlət-biznes) və zəruri “B2B” xidmətlərinin vahid məkanda əldə edilməsi məqsədilə agentlik tərəfindən Bakıda kiçik və orta biznes evi (“KOB evi”) yaradılmaqdadır.

“KOB evi”ndə sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi işlət, biznesi inkişaf etdir kimi biznes prosesləri üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq “G2B” və özəl qurumların “B2B” xidmətləri əlaqəli şəkildə təşkil olunacaq. “KOB evi”ndə bank, sığorta, logistika, notariat, dizayn, çap, informasiya texnologiyaları, məsləhət xidmətləri və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu digər xidmətlər təklif olunacaq, xidməti ofislər, görüş otaqları və konfrans zalları yaradılacaq.

Sahibkarlar KOBİA-ya müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.