İQTİSADİYYAT


KOBİA MÜSİAD ilə əməkdaşlıq edəcək

Bakı, 20 noyabr, AZƏRTAC

İstanbulda keçirilən “MUSİAD Expo 2020” beynəlxalq sərgisi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sənədi agentliyin idarə heyətinin sədri Orxan Məmmədov və MÜSİAD-in prezidentinin müavini Mehmet Akif Özyurt imzalayıblar.

Memorandumda tərəflərin ticarət, sənaye, investisiya sahələrində əməkdaşlığı, birgə biznes tədbirlərinin təşkili, iş adamlarının hər iki ölkədə keçirilən sərgilərdə və digər tədbirlərdə iştirakının təşviq olunması, qarşılıqlı missiyaların təşkili və sair nəzərdə tutulur.

İmzalanma çərçivəsində aparılmış müzakirələr zamanı MÜSİAD prezidentinin müavini Mehmet Akif Özyurt “MUSİAD Expo 2020” sərgisində Azərbaycanın “Qarabağ Azərbaycandır” stendi ilə təmsil olunmasından və stenddə işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialının təqdim edilməsindən məmnunluğunu ifadə edib, Azərbaycanın stendinin sərgi ziyarətçiləri və iş adamları tərəfindən maraqla qarşılandığını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.