İQTİSADİYYAT


KOBİA “Rabitəbank”la əməkdaşlıq edəcək

Bakı, 6 dekabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aqrar sahədə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi imkanlarının genişləndirilməsi məqsədilə “Rabitəbank”la əməkdaşlıq edəcək.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlıq Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi” çərçivəsində həyata keçiriləcək. “Rabitəbank” layihənin agent bankıdır.

Layihənin əsas məqsədi kənd təsərrüfatı mallarının emalına, satış və istehsalına maliyyə dəstəyi göstərməkdir. Bu sahədə həyata keçiriləcək layihələr üçün ilkin olaraq 3 milyon ABŞ dolları həcmində kredit ayrılıb. Layihə çərçivəsində götürüləcək kreditin müddəti 7 il, kredit faizi isə 8,8 faizdir.

KOBİA-nın ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB dostları layihə barədə mütəmadi olaraq mikro, kiçik və orta sahibkarları məlumatlandıracaq, onlara informasiya və məsləhət xidmətləri göstərəcək, aqrar sahədə öz biznesini qurmaq və genişləndirmək üçün agentliyə maliyyə dəstəyi üçün müraciət edən sahibkarları bankla əlaqələndirəcək. Bundan başqa, KOBİA-nın əlaqələndirməsi ilə layihə çərçivəsində kredit götürmək üçün banka müraciət edəcək sahibkarlara biznes kreditlərinə 1 faiz güzəşt olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.