İQTİSADİYYAT
KOBİA Sakit Okean Alyansı təşkilatının tədbirində təmsil olunub
Bakı, 29 aprel, AZƏRTAC
Kolumbiyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə ADA Universitetində Sakit Okean Alyansı təşkilatının 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın fəaliyyəti barədə məlumat verib. O, agentliyin Alyansa üzv və təşkilatda müşahidəçi qismində təmsil olunan ölkələrin KOB sahəsində müvafiq qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, belə tədbirlərin bunun üçün əlverişli platforma olduğunu vurğulayıb.
Tədbirdə müvafiq ölkələrlə KOB sahəsində təcrübə mübadiləsinə, müxtəlif tədbirlərin və işgüzar missiyaların təşkilinə dair təkliflər də səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [19:20]
Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib
- 23.04.2024 [18:10]
® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ
- 23.04.2024 [16:27]
® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib
- 23.04.2024 [16:20]
Bakının daha bir prospektində velosiped yolu salınır
- 23.04.2024 [16:11]