İQTİSADİYYAT


KOBİA Türkiyənin ticarət palataları ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 21 iyun, AZƏRTAC

Türkiyənin Kocaeli Ticarət Palatasının nümayəndələri Azərbaycana səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Kocaeli Ticarət Palatasının İdarə Heyətinin sədri Necmi Bulutun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təşkil olunmuş görüşdə agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-lar arasında ticarət əlaqələrinin qurulması və inkişafı üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ticarət palataları ilə əməkdaşlığa önəm verdiyini, bu sahədə müxtəlif ölkələrin, xüsusilə də Türkiyənin ticarət palataları ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Görüşdə ölkəmizdə kiçik və orta sahibkarlıq sahəsində görülən işlər, dəstək tədbirləri və agentliyin fəaliyyəti barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, palata ilə birgə əməkdaşlıq və biznes ictimaiyyətləri arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.