İQTİSADİYYAT


KOBİA-nın beynəlxalq əlaqələri genişlənir

Bakı, 13 fevral, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Moskvada səfərdə olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Rusiya Federasiyasının Moskva hökumətinin naziri – Moskva şəhərinin xarici iqtisadi və beynəlxalq əlaqələr departamentinin rəhbəri Sergey Çeryomin ilə görüşüb. Görüşdə tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını qeyd edib, bu ilin birinci yarısında S.Çeryominin rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə nəzərdə tutulan səfəri çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

“Opora Rossii” Kiçik və Orta Sahibkarlığın Ümumrusiya İctimai Təşkilatının vitse-prezidenti Nikolay Dunayev ilə keçirilən görüşdə kiçik və orta sahibkarlığın inkişafı sahəsində həmin təşkilatın təcrübəsinin KOBİA üçün maraqlı olduğu vurğulanıb, Azərbaycanla Rusiya arasında keçiriləcək forumlar çərçivəsində dəyirmi masaların təşkili müzakirə edilib, təşkilatın nümayəndələri ölkəmizə səfərə dəvət olunub.

Yaponiyanın Rusiya və MDB ölkələri ilə Ticarət Assosiasiyasının (ROTOBO) Moskva nümayəndəliyinin rəhbəri Saito Daisuke ilə görüşdə isə Azərbaycan ilə Yaponiya arasında kiçik və orta sahibkarlığın inkişafı sahəsində mümkün əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.