İQTİSADİYYAT


KOBİA-nın əməkdaşları üçün təlim təşkil edilib

Bakı, 24 noyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) menecment heyətinin idarəetmə təcrübəsinin və peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Şabran rayonunda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təlim təşkil olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, təlim Avropa İttifaqının “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabət qabiliyyətliliyinin artırılmasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.

Tədbirdə agentliyin əməkdaşları üçün korporativ idarəetmə standartları, xidmət səviyyəsinin yüksəldilməsi, layihələrin idarəedilməsi bacarıqları və menecment sahəsində digər mövzular üzrə təqdimatlar olub. Təlimdə KOB-lara dəstək üzrə bir sıra ölkələrin qabaqcıl beynəlxalq təcrübələri, “yaşıl iqtisadiyyat”ın KOB-ların fəaliyyətində təşviqi və digər mövzulara da toxunulub. Agentlik əməkdaşlarının komanda ruhunun daha da inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə təlim çərçivəsində müxtəlif komanda yarışları və müsabiqələr də keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.