İQTİSADİYYAT


KOBİA-nın nümayəndə heyəti İtaliyanın KOB sahəsində fəaliyyət göstərən təşkilatlarında görüşlər keçirib

Bakı, 20 fevral, AZƏRTAC

Romada Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İtaliyanın Beynəlmiləlləşdirmə Agentliyinin (“Promos Italia”) nümayəndələri arasında görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin idarə heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti barədə məlumat verib, ölkələrimiz arasında KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, Azərbaycan və İtaliya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafında KOB-ların rolunun artırılması önəmlidir və bu sahədə hər iki ölkə böyük potensiala malikdir.

KOB sektorunda “Promos Italia” ilə əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə KOB-lara xidmət sahəsində təcrübə, hər iki ölkənin investisiya potensialına və birgə layihələrə dair məlumat mübadiləsinə, italyan sahibkarların Azərbaycanda keçiriləcək sərgilərdə iştirakına, KOB-lar üçün birgə əməkdaşlıq platformasının yaradılmasına dair təkliflər səsləndirilib.

İtaliyanın Milli Mikrokredit Agentliyində təşkil olunmuş görüşdə isə KOB-ların maliyyələşdirilməsi alətlərinə dair birgə vebinarların keçirilməsinə, innovativ mikromaliyyə alətləri ilə bağlı təşkilatın təcrübəsinin öyrənilməsinə, qurumun nümayəndəsinin Bakıda təşkil olunacaq tədbirdə müvafiq mövzuda təqdimatla çıxışına dair müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.