İQTİSADİYYAT


KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb

Bakı, 16 sentyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) stendi II Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisində (“Gift & Promo Fair 2019”) “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, sentyabrın 12-14-də Bakıda keçirilən “Gift & Promo Fair 2019” və II Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) sərgilərində agentliyin dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunub. Stenddə qadın və əlil sahibkarlar tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar və sair olmaqla ümumilikdə 50-dək çeşiddə əl işləri sərgilənib.

Sərginin üçüncü günü proqram çərçivəsində təşkil olunmuş tədbirdə mikro və kiçik sahibkarlar tərəfindən hazırlanmış müxtəlif geyim və aksesuarlar da nümayiş olunub.

Qeyd edək ki, KOBİA mikro və kiçik sahibkarların, xüsusilə də qadın və əlil sahibkarların, startapların və gənclərin ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakına dəstək göstərir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.