İQTİSADİYYAT


KOBİA-nın teleqram kanalı istifadəyə verilib

Bakı, 31 may, AZƏRTAC

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) teleqram kanalı fəaliyyətə başlayıb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adlı rəsmi teleqram kanalında agentliyin fəaliyyəti, sahibkarlara göstərdiyi dəstək və xidmətlər, o cümlədən “KOB Dostu” şəbəkəsi, KOB inkişaf mərkəzləri (KOBİM) və KOB evləri ilə bağlı yeniliklər, təşkil olunan təlimlər, müsabiqələr, elanlar və sahibkarlıq fəaliyyəti ilə bağlı digər vacib xəbərlər paylaşılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

Teleqram tətbiqini smart cihazlara yükləməklə “https://t.me/smbgovaz” kanalına abunə olmaq mümkündür.

Qeyd olunub ki, KOBİA sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verir. Agentliyin teleqram kanalı ilə yanaşı, feysbuk, instaqram, linkedin, tviter və yutub sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.